“Bravo” Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışını təmin edən ən böyük mağazalar şəbəkəsidir. “Bravo”nun məqsədi insanlara yüksək keyfiyyətli innovativ məhsullar təklif etmək, eləcə də orta gəlirli ailələr üçün münasib qiymətlər təqdim etməkdir. “Barvo” ölkədə pərakəndə satış sektorunda bütünlüklə rəqəmsal həllərlə xidmət göstərən ilk və yeganə şirkətdir.
İT bütün sektorlar kimi pərakəndə ticarət sektorunda da əvəzolunmaz missiyanı həyata keçirir. Ümumi sistemin idarəsi, şəbəkələrarası vahid əlaqə, anbarlara rəqəmsal nəzarətin hamısı İT infrastruktur vaistəsilə həyata keçirilir. Azərbaycanın pərakəndə ticarətində lider olmağı hədəfləyən “Bravo”nun qarşısında da bu ən böyük maneə idi. Mağazalar şəbəkəsi İT infrastrukturunu qurmaq və mürəkkəb təhlükəsizlik sistemini tətbiq etmək vəzifəsi ilə üzləşmişdi.
ED Azərbaycanın pərakəndə ticarətinə innovativlik gətirmək istəyən “Bravo” üçün müxtəlif həllər təklif etdi. İlk növbədə mərkəzləşdirilmiş informasiya sistemini qurdu, telekommunikasiya və xidmət ləvazimatını, eləcə də xüsusi təyinatlı proqramlaşmanı yerləşdirdi. Satış salonlarına, heyət qurğularına və anbara bitişik ərazilərə nəzarət video-serverlərə xüsusi hazırlanmış şəbəkə və kabel infrastrukturu ilə birləşdirilmiş intellektual video nəzarət sistemi vasitəsilə həyata keçirilir. IP video nəzarət həm yerli, həm də məsafədən sistem operatorları üçün canlı video yayımı, videonun qeydə alınması və video-arxivlərə yenidən baxılmasını təmin edir. Təhlükəsizlik sisteminin fasiləsiz və qəzasız fəaliyyət göstərməsi üçün mərkəzləşdirilmiş enerji təchizatı sistemi təqdim olunmuşdur. Elektron IP həllinin tətbiqi çevik və asanlıqla ölçülən sistem qurmağa imkan vermişdir.
Biznes dəyəri:
ED-in “Bravo” üçün verdiyi xidmətlər pərakəndə ticarətə, eləcə də şirkətin fəaliyyətinə bir sıra həllər gətirib.