Back

Rəqəmsal təhlükəsizlik və xəbərdarlıq sistemləri

Müştəri: Mərkəzi Klinik Xəstəxana

 

Mərkəzi Klinika yarım əsrlik tarixə malik nüfuzlu bir səhiyyə ocağıdır. Burada ən son tibbi cihaz və avadanlıqlarla təchiz olunmuş və müasir tibbi texnologiyalar əsasında fəaliyyət göstərən Əməliyyatxana, Diqnostika, Ginekologiya, Pediatriya, Terapiya, Kardiologiya, Travmatologiya, Fizioterapiya və s. kimi tibbi şöbələr fəaliyyət göstərir. 

 

 

Biznes çağırışları

Yeni korpusların istifadəyə verilməsində əsas məqsədlərdən biri də rəqəmsal (İT, telekommunikasiya) təhlükəsizlik və xəbərdarlıq sistemlərinin, habelə məlumatlar da (TV və rəqəmsal elanlar) daxil olmaqla müasir texnologiyaların tətbiqi idi. Bununla yanaşı, stasionar xəstələrin çağırışlarının monitorinqini aparmaq və dərhal reaksiya verilməsinə ehtiyac var idi. Yuxarıda sadalananların hamısı mümkün genişlənmə və yeni sistemlərlə inteqrasiya perspektivləri nəzərə alınmaqla icra edilməli idi.

Həlli

 

Şirkətimiz lazımi məlumatlarını əldə edərək, müştərinin tələblərinə uyğun olaraq həllər hazırlayaraq təklif etdi. Layihənin hazırlanması əsnasında müştəri və əlaqəli podratçılarla müqavilələr bağlandı, müştərək addımlar və qarşılıqlı tələblər müzakirə edildi.

 

decoration element
decoration element

Biznes dəyəri

ED şirkəti tərəfindən hazırlanan həll müştəriyə aşağıdakı məqsədlərə çatmaqla biznes dəyərini artırmağa imkan verdi:

 

  1. Mümkün uzantılar perspektivi ilə bütün tələblərə cavab verən əsas infrastruktur (SCS, lokal və simsiz şəbəkə, telefoniya) 
  2. Yüksək sürətli məlumat ötürülməsi və saxlanması.
  1. Yeni və ya əlavə sistemləri birləşdirmək və inteqrasiya imkanı.
  1. Mümkün hadisələrlə yanaşı, dərmanların təhlükəsizliyini izləyən və qeyd edən təhlükəsizlik sistemi.
  2. Məlumat və monitorinq sistemi və pasiyentlərin zənglərinə cavab.

 

Texnologiyalar

 Siemens, Cisco®, HP, AMP, Nexans, C-Tec, Valcom, KPC-EZ.