Back

İnformasiya təhlükəsizliyi sahəsində proqram təminatı üzrə lisenziyaların təminatı və quraşdırılması layihəsi

Müştəri –Azərbaycan Respublikasinin Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyi

 

Dövlət Məşğulluq Agentliyi  aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

 

Biznes çağırışları

 

Dövlət Məşğulluq Agentliyinin tərkibində təhlükəsiz infromasiya axının təmin edilməsi, və toplanmış məlumatların aidiyyatı üzrə doğru şəkildə emalını və infromasiyanın bölmələr qurumlar arasında təhlükəsiz və dolğun cərəyanının təmin etmək adına Dövlət Məşğulluq Agentliyi tərəfindən infromasiya təhlükəsizliyi sahəsində program təminatlarının təmin edilməsi, yenilənməsi və quraşdırmasını nəzərdə tutmuşdur. 

Həll

2021-ci ilin 3-cü rübündə Azərbaycan Respublikasinin Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən elan olunmuş tender üzrə ED qalib elan olunmuşdur. 

ED tərəfindən təqdim olunan həll tapşırıqların və proseslərin idarə edilməsi, infrastrukturda olan fiziki və virtual serverlərin, məlumat bazalarının ehtiyat nüsxəsinin çıxarılması və zərurət yarandığı halda replikasiyası, dəyişikliklərin və insidentlərin idarə edilməsi, informasiya təhlükəsizliyi hadisələrinin sayını azaltmaq, iş proseslərinin davamlılığını təmin etmək, infrastukturun bütün obyektlərindən anomaliyaların aşkarlanıb xəbərdarlıq verilməsi, məlumat oğurlanmasının və mümkün saxtakarlıq hadisələrini vaxtında aşkar etmək və.s  imkanları yaradır.

 

decoration element
decoration element

 

Biznes dəyəri

 

Bu layihə çərçivəsində müştərinin infrastrukturu optimallaşdırıldı. ED tərəfindən hazırlanan həll müştərinin İT ilə bağlı fəaliyyəti optimallaşdırmaq, əməkdaşların fəaliyyətini optimallaşdırmaq, dəyişikliklərlə bağlı müraciətləri idarə etmək, kod dəyişikliklərinə nəzarəti təşkil etmək, yeni qoşulan avadanlıqları aşkar etmək, şəbəkə avadanlıqlarının inventarizasiyasını aparmaq, sistem parollarını təhlükəsiz şəkildə saxlamaq və.s imkanı yaradıb.

 

Texnologiya

 

  • Nessus Professional
  • SolarWinds User Device Tracker
  • Fudo Security
  • IBM QRadar Cloud Pack
  • IBM Guardium 
  • Jira Software (Cloud and Data Center)
  • Bitbucket (Cloud and Data Center)