Back

Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi və yenidən qurulması

Müştəri-Técnicas Reunidas

 

"Técnicas Reunidas" qlobal miqyasda geniş müştəri kütləsi üçün neft-qaz hasilatı, emalı və neft-kimya sənayesi, enerji istehsalı layihələri üzrə aparıcı beynəlxalq mühəndislik və inşaat şirkətlərindən biridir. 1959 -cu ildən bəri TR, dünyanın 50-dən çox ölkəsində 1000-dən çox  sənaye fabriki dizayn və inşa edib. Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi və yenidən qurulması işlərinin həyata keçirilməsi üçün AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT NEFT ŞİRKƏTİ (SOCAR) "Técnicas Reunidas" şirkətini seçmişdir.

 

"Técnicas Reunidas" ilə imzalanan müqavilə, özündə Dizel Bloku (Xam və Vakum, FCC, Kero Təmizləmə və Aminlər) və Benzin Bloku (CCR, Naphtha Hydrotreater və VGO Hydrotreater) daxilində əsas proses vahidlərinin yenilənməsini, əlaqəli dəyişikliklərin genişləndirilməsini, Kommunal xidmətlər və Ofislər, həmçinin ümumi Layihənin digər Paketləri üçün mövcud Rafineriya və Podratçılar ilə icra fəaliyyətlərinin əlaqələndirilməsini ehtiva edir. 

 

Biznes çağırışları

Müştərimiz sifarişin dəqiq parametrlərini təmin etmək üçün dəqiq göstəriciləri olan mərkəzləşdirilmiş Telekommunikasiya/İT avadanlığı qurmaq üçün bu sahədəki Aşağı Səviyyə Dizayn və Əhatə Araşdırmaları ilə əlaqədar çətinliklərin öhdəsindən gəlməli idi. Müştəri dəstəyi tələblərinin yenidən müəyyənləşdirilməsinə və Heydər Əliyev adına Neft Emalı Zavoduna yüksək keyfiyyətli xidmətlərin çatdırılmasına imkan verən işlək həll və sistemlərin təmin edilməsinə ehtiyac var idi.

decoration element
decoration element

Həll

Heydər Əliyev adına Neft Emalı Zavodunun Müasirləşdirilməsi və Yenidənqurulması ilə əlaqədar Telekommunikasiya/İT avadanlıqlarının mühəndisliyi, satınalınması və çatdırılması.

ED dizayn, mühəndislik, satınalma, inşaat, göndərmə və istismara verilmə vəə salınmada iştirak etmək üçün səylər göstərdi.

ED şirkətinin göstərdiyi xidmətin özəlliklərindən biri də müştərimizin təchizatçı qrafikası, Məlumat Tələblərinə uyğun olaraq sənədlərin, faylların, sxemlərin, təsvirlərin və avadanlıqların sənədləşməsinin təqdim edilməsi idi.

 

decoration element
decoration element

Biznes dəyəri

ED tərəfindən hazırlanan həll, müştərinin aşağıdakı biznes dəyərini həyata keçirməsinə imkan verib:

 

  1. Hadisələrin qeydiyyatı və hesabatvermə prosesini asanlaşdırmaqla iş səmərəliliyinin artırılması.  
  1. Təmir qrupunun hadisə biletləmə portalına mobil girişini təmin edərək təmir işləri üçün lazım olan vaxtın azaldılması. 
  1. Bilet sistemini Çağrı Mərkəzinə inteqrasiya edərək müştəri xidmətlərinin gücləndirilməsi. 

Performans hesabatlarının görüntülənməsi ilə qərarvermə prosesinin sadələşdirilməsi.

 

Texnologiyalar 

PABX, Cisco® Network Equipment, CCTV, PAGA, SCS, Radio